Bank Of Baku

Berlin divarının uçurulmasının 20 illiyi münasibətilə Almaniya paytaxtında domino daşlarından simvolik divar ucaldılıb – EKSKLÜZİV - FOTOSESSİYA

Berlin divarının uçurulmasının 20 illiyi münasibətilə Almaniya paytaxtında domino daşlarından simvolik divar ucaldılıb – <font color=red>EKSKLÜZİV - FOTOSESSİYA</font>
# 09 noyabr 2009 08:01 (UTC +04:00)
Berlin. Viktoriya Dementyeva-APA. Bu gün Almaniya paytaxtında Berlin divarının sökülməsinin və Qərbi Almaniya ilə Şərqi Almaniya arasında sərhədlərin açılmasının 20 illiyinə həsr olunmuş tədbirlər keçirilir. APA-nın Berlinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bayram tədbirlərindən əvvəl paytaxtın küçələrində bir zamanlar ölkəni iki yerə bölən Berlin divarını simvolizə edən nəhəng domino daşlarından ibarət divar ucaldılıb.

İctimai təşkilatların təşəbbüsü ilə gerçəkləşən bu layihə çərçivəsində hündürlüyü 2,5 metr, eni 1 metr, qalınlığı 40 santimetr olan 1000 domino daşı düzəldilib. Hər “domino daşı”nın ağırlığı 20 kiloqramdır. Domino daşlarından ibarət divar bir zamanlar Berlin divarının olduğu Potsdamer Platsdan Reyxstağa kimi düzülüb. Bu simvolik divar axşam Aİ dövlət başçılarının iştirakı ilə keçiriləcək mərasimin gedişində uçurulacaq. Mərasimin izlənilməsi üçün Berlinin mərkəzi meydanlarından 12 nəhəng ekran quraşdırılıb.

Yerli vaxtla axşam saat səkkizdə Reyxstağın yanında domino divarını Polşa sabiq prezidenti Lex Valensa, Potsdam divarı yaxınlığında isə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və Avroparlamentin prezidenti Buzek uçuracaqlar. “Domino divar” Brandenburq qapıları önündə tam şəkildə uçmuş olacaq.

Bayram tədbirlərində Almaniyanın prezidenti Xorst Köller, federal kansler Angela Merkle, Fransa prezidenti Nikola Sarkozi, Rusiya prezidenti Dmitri Medvedyev, ABŞ-ın dövlət katibi Hillari Klinton, Britaniyanın baş naziri Qordon Braun, SSRİ, Polşa və Macarıstanın sabiq prezidentləri Mixail Qorbaçov, Lex Valensa və Mikloş Nemet iştirak edəcəklər.

Xatırladaq ki, Berlin divarı 1961-ci ildə ucaldılıb. Şərqi Almaniyadan Qərbi Almaniyaya qaçanların sayının artmasından narahat olan ADR rəhbərliyi Berlin şəhərini divarla iki hissəyə bölmək qərarına gəlib. Berlin divarının uzunluğu 100 kilometr olub, onun 43 kilometri şəhərin içərisindən keçir. Lakin divarın tikilməsi insanların Qərbi Almaniyaya qaçmasının qarşısını ala bilməyib. Təqribən 200 nəfər sərhədi keçməyə müvəffəq olub, təxminən bu qədər adam yaralanıb, 3 minə yaxın şəxs isə həbs olunub. 1989-cu ildə Berlin divarı uçurulub, divarın bəzi hissələri isə abidə kimi qorunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR