Bank Of Baku

Türkiyədə bərpa olunan qədim erməni kilsəsinin açılışı keçirilib

Türkiyədə bərpa olunan qədim erməni kilsəsinin açılışı keçirilib
# 09 noyabr 2009 13:05 (UTC +04:00)
Bakı – APA. Türkiyənin Kayseri rayonunda bərpa olunan qədim erməni kilsəsinin açılışı keçirilib. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bərpa işləri erməni diasporası və İstanbuldakı Erməni Patriarxlığının maliyyə dəstəyi ilə aparılıb. Erməni diasporasının nümayəndələri də daxil olmaqla, 500-ə yaxın adamın qatıldığı mərasimdə çıxış edən erməni patriarxlığının arxiyepiskopu Aram Atəşyan patriarxlığın Ermənistanla Türkiyə, eləcə də erməni və türk xalqları arasındakı münasibətlərə qarışmadığını söyləyib: “Bizim Ermənistanla yalnız dini planda bağlılığımız mövcuddur. Burada yaşayan hər bir erməninin Türkiyə Respublikası ilə bağlılığı var. Mənim bir Türkiyə vətəndaşı kimi hər hansı problemim yaranırsa, mən öz dövlətimə müraciət edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR