Bank Of Baku

Almaniyada Berlin divarının dağıdılmasının 20 illiyinə həsr olunmuş tədbirlər keçirilib - FOTOSESSİYA

Almaniyada Berlin divarının dağıdılmasının 20 illiyinə həsr olunmuş tədbirlər keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 10 noyabr 2009 08:31 (UTC +04:00)
APA-nın Berlinə ezam olunmuş müxbirinin məlumatına görə, noyabrın 9-da federal kansler Angela Merkel keçmiş Şərqi və Qərbi Berlinin sərhədində mövcud olmuş buraxılış məntəqələrindən birinə gedib. O, SSRİ və Polşanın sabiq prezidentləri Mixail Qorbaçov və Lex Valensa ilə birlikdə rəmzi olaraq keçmiş Şərqi və Qərbi Almaniyanın sərhədini keçib və 20 il əvvəlki hadisənin şahidləri ilə söhbət edib. A. Merkel M. Qorbaçov və L. Valensaya təşəkkür edib: “Bu birləşməni mümkün etdiyiniz üçün sizə təşəkkür etmək istəyirəm”.

Axşam saatlarında Berlinin mərkəzində - Brandenburq qapılarının yanında “Azadlıq bayramı” adlı bayram tədbiri keçirilib. Yağışlı hava şəraitinə baxmayaraq, tədbirə çoxlu sayda yerli sakin və qonaq qatılıb. Konsertdən sonra federal kansler Angela Merkel, Böyük Britaniyanın baş naziri Qordon Braun, Rusiya prezidenti Dmitri Medvedev, Fransa prezidenti Nikola Sarkozi və ABŞ dövlət katibi Hillari Klinton çıxış ediblər. H. Klinton Berlin divarının yıxılmasını XX əsrin ən önəmli hadisələrindən giri adlandırıb. O bildirib ki, bu hadisə bütün qitənin landşaftını dəyişib. H. Klinton beynəlxalq təhlükələrə qarşı birgə mübarizəyə, demokratiya və insan haqlarının qorunmasını təmin etməyə çağırıb. D. Medvedev isə deyib ki, Berlin divarının yıxılmasını o vaxt SSRİ və digər ölkələrdəki dəyişikliklər şərtləndirib. Onun sözlərinə görə, bu divar təkcə eyni ölkənin iki hissəsi arasında deyil, ümumilikdə Avropa xalqları arasında da bir maneə idi: “Yaddan çıxarılmamalıdır ki, Almaniyanın birliyinə həm bunu istəyən çoxlu sayda insanın, həm də SSRİ rəhbərliyinin mövqeyi ilə nail olundu. Bunun nəticəsində ailələr, insanlar bir-birinə qovuşdu, “dəmir pərdə” və sərhəd aradan qaldırıldı”.

Sonra proqrama əsasən vaxtilə beton divarların keçdiyi xətt üzrə qurulmuş dominodan ibarət simvolik divar Lex Valensanın toxunuşu ilə dağıdılıb və bayram tədbiri konsertlə davam edib.

Xatırladaq ki, Berlin divarı 1961-ci ildə inşa olunub. Şərqdən qərbə insan axınının gücləndiyini görən Almaniya Demokratik Respublikasının rəhbərliyi Berlini divarla ayırmağa qərar verib. Divarın uzunluğu 100 kilometrdən çox olub. Rəsmi rəqəmlərə əsasən sərhədi keçməyə cəhd göstərərkən 200-ə yaxın, qeyri-rəsmi məlumatlara görə isə 1,5 minə yaxın adam ölüb, 3 minə yaxın adam həbs edilib.

Qeyd: Fotolar “Reuters”dən götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR