Bank Of Baku

Avropa Şurası Nazirlər Komitəsinə sədrlik Sloveniyadan İsveçrəyə keçəcək

Avropa Şurası Nazirlər Komitəsinə sədrlik Sloveniyadan İsveçrəyə keçəcək
# 10 noyabr 2009 14:34 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. Noyabrın 18-də Avropa Şurası Nazirlər Komitəsinə (AŞ NK) sədrlik Sloveniyadan İsveçrəyə keçəcək. APA-nın Avropa bürosunun məlumatına görə, həmin gün Sloveniyanın xarici işlər naziri Samuel Zboqar 6 ay ərzində görülmüş işlər barədə hesabat verəcək. Onun Sloveniyanın sədrliyi dövrünə təsadüf etmiş Rusiya-Gürcüstan müharibəsinə dair xüsusi hesabat da təqdim edəcəyi gözlənilir. İsveçrənin xarici işlər naziri Mişelin Kalmi-Rey isə ölkəsinin AŞ NK-ya rəhbərlik edəcəyi növbəti altı ay üçün prioritetlərini açıqlayacaq.

Toplantı çərçivəsində uşaqların zorakılıqdan müdafiə olunmasına dair milli strategiyaların tərtib edilməsi məqsədilə Avropa Şurasının əsas prinsiplərinin qəbulu da nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR