Bank Of Baku

Türkiyə Ermənistanla sərhəddə 11 zastava inşa edəcək

Türkiyə Ermənistanla sərhəddə 11 zastava inşa edəcək
# 11 noyabr 2009 13:59 (UTC +04:00)
Bakı – APA. Türkiyə öz sərhədlərinin mühafizəsini gücləndirməyə qərar verib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, PKK terror təşkilatı ilə mübarizə məqsədilə Ermənistanla sərhəddə 11, İran və İraqla sərhəddə 17, Suriya ilə sərhəddə isə 18 zastava qurulacaq. Bunu 2010-cu ilin hərbi büdcəsi barədə parlament komissiyasına məlumat verən müdafiə naziri Vəcdi Könül deyib. O, bütün zastavaların gələn ilin sonuna qədər hazır olacağını söyləyib. Nazir Türkiyənin təhlükəsizliyinə ən böyük təhdid mənbəyi kimi PKK terror təşkilatını göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR