Bank Of Baku

Martin Nesirki BMT-nin yeni mətbuat katibi təyin olunub

Martin Nesirki BMT-nin yeni mətbuat katibi təyin olunub
# 18 noyabr 2009 07:47 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. ATƏT-in Vyanadakı mətbuat xidmətinin rəhbəri Martin Nesirki BMT-nin yeni mətbuat katibi təyin olunub. APA-nın BMT-nin xəbərlər mərkəzinə istinadən yaydığı məlumata görə, Martin Nesirki bu postda təqaüdə çıxan haitili Mişel Montası əvəzləyəcək. Qeyd edək ki, Martin Nesirki jurnalistika və beynəlxalq münasibətlər sahəsində 20 illik iş təcrübəyə malikdir. “Reuters” agentliyində beynəlxalq müxbir və redaktor vəzifəsində çalışan Nesirki əsasən sülh və təhlükəsizlik problemlərinin işıqlandırılmasına cavabdeh olub. Martin Nesirki “Reuters”in Moskva bürosuna rəhbərlik edib, həmçinin bu agentliyin Berlin, Haaqa və Seulda müxbiri işləyib. O üç il Vyanada ATƏT-in mətbuat xidmətinə rəhbərlik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR