Bank Of Baku

Belçikanın baş naziri German van Rompey Avropa İttifaqının prezidenti seçilib

Belçikanın baş naziri German van Rompey Avropa İttifaqının prezidenti seçilib
# 20 noyabr 2009 07:53 (UTC +04:00)
Bakı-APA. Belçikanın baş naziri German van Rompey Avropa İttifaqı ölkələrinin fövqəladə zirvə toplantısında qurumun ilk prezidenti seçilib. APA-nın məlumatına görə, Rompeyin namizədliyi hazırda Avropa İttifaqına sədrlik edən İsveç tərəfindən irəli sürülüb. Avropa İttifaqının prezidenti postuna namizədlər sırasında Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa və Britaniyanın sabiq baş naziri Toni Bleyerin adı çəkilsə də, onların namzidəliyi irəli sürülməyib. Bleyerin namizəd irəli sürülməsi üçün Britaniyanın baş naziri Qordon Braun aktiv lobbiçilik fəaliyyəti aparıb, lakin səsvermədən bir qədər əvvəl Dauninq-strit sabiq baş nazirin reytinqinin çox aşağı olduğunu nəzərə alaraq bu planlardan imtina edib. Bundan başqa iclasda Avropa İttifaqının xarici işlər naziri də seçilib. İsveç bu posta tivarət məsələləri üzrə Ketrin Eştonun namizədliyini irəli sürüb və bu təklif iştirakçı dövlətlər tərəfindən dəstəklənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR