Bank Of Baku

Qazaxıstan ATƏT-in sammitinin gələn il Astanada keçirilməsi təklifini irəli sürüb

Qazaxıstan ATƏT-in sammitinin gələn il Astanada keçirilməsi təklifini irəli sürüb
# 20 noyabr 2009 14:47 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. ATƏT-in növbəti sammitinin gələn il Astanada keçirilməsi planlaşdırılıb. APA-nın “Kazinform”a istinadən verdiyi məlumata görə, bu barədə bu gün Qazaxıstan xarici işlər nazirinin müavini Konstantin Jiqanov bildirib. Nazir müavini xatırladıb ki, sonuncu sammit 1999-cu ildə İstanbulda keçirilib. Təşkilatın reqlamentinə görə isə 2-3 ildən bir dəfə keçirilməlidir.

Sammiti Astanada keçirmək təşəbbüsü ATƏT-in bir sıra ölkələri tərəfindən, o cümlədən Fransa, İtaliya, İspaniya, Türkiyə, Serbiya, Estoniya, Portuqaliya tərəfindən dəstəklənib. “ATƏT xarici işlər nazirləri Şurasının dekabrın əvvəlində Afinada keçiriləcək konfransında biz sammitin gələn il keçirilməsi məsələsini qaldıracağıq”, - deyə K. Jiqanov bildirib.

Xatırladaq ki, 2010-cu ildə ATƏT-ə Qazaxıstan sədrlik edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR