Bank Of Baku

Misirdə xristianlara qarşı talanlar törədilib

Misirdə xristianlara qarşı talanlar törədilib
# 22 noyabr 2009 11:03 (UTC +04:00)
Bakı – APA. Misirdə xristianlara qarşı talanlar törədilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, BBC xəbər verir ki, yüzlərlə müsəlman noyabrın 21-də axşam saatlarında Misirin Farşut şəhərində polis məntəqəsini daşa basıb. Bunun ardınca isə kütlə xristianlara məxsus bir neçə mağazanı yandırıb.

Müsəlmanların bu hərəkətlərinə müsəlman qızı zorlamaqda təqsirləndirilən xristianın həmin polis məntəqəsində saxlanması barədə yayılmış informasiya səbəb olub.

Polis xuliqanların dağıdılması üçün güc tətbiq edib. Gözyaşardıcı qazdan da istifadə edən təhlükəsizlik qüvvələri 30-ya yaxın aksiyaçını saxlayıb.

Qeyd edək ki, Misirin 80 milyon əhalisi var. Əhalinin 10 faizi xristiandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR