Bank Of Baku

Rumıniyada prezident seçkilərində qalib müəyyənləşməyib

Rumıniyada prezident seçkilərində qalib müəyyənləşməyib
# 23 noyabr 2009 07:20 (UTC +04:00)
Buxarest-APA. Rumıniyada keçirilən prezident seçkilərində namizədlərdən mütləq səs toplaya bilməyib. APA-nın məlumatına görə, “exit-poll” keçirən şirkətlər prezident Trayan Basesku və sosial-demokrat Mirça Coannanın müvafiq olaraq 32 və 31 faiz səs topladığını açıqlayıblar. Seçkilərdə səsvermə hüququna malik əhalinin 50 faizi iştirak edib. Müşahidəçilər ötən seçkilərlə müqayisədə Rumıniyada seçici fəallığının çox aşağı düşdüyünü bildirirlər. Seçkilərin ikinci turu dekabrın 6-da keçiriləcək. Qeyd edək ki, bu, ölkə Avropa İttifaqına üzv qəbul olunduqdan sonra ölkədə keçirilən ilk prezident seçkiləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR