Bank Of Baku

Türkiyənin baş naziri ABŞ-a rəsmi səfərə gedəcək

Türkiyənin baş naziri ABŞ-a rəsmi səfərə gedəcək
# 30 noyabr 2009 10:19 (UTC +04:00)
Bakı – APA. Bu həftə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a rəsmi səfəri gözlənilir. APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, səfər dekabrın 5-də başlayacaq.

Dekabrın 7-də Ərdoğan ABŞ prezidenti Barak Obama ilə bir araya gələcək. Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, bir çox digər məsələlərin də müzakirə olunacağı gözlənilir. Onların arasında enerji təhlükəsizliyi, terrorla mübarizə, PKK problemi, İraq və Əfqanıstandakı vəziyyət, Dağlıq Qarabağ münaqişəsi, Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların parlamentdə ratifikasiyası, İranın nüvə proqramı və qlobal maliyyə böhranı da var.

Qeyd edək ki, bu, Türkiyə baş nazirinin iki illik fasilədən sonra ABŞ-a ilk səfəridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR