Bank Of Baku

AŞ Komissarı : «Avropaya ayrı-seçkiliyin olmadığı və fərqliliyə hörmətin aşılandığı bir tədris sistemi lazımdır»

AŞ Komissarı : «Avropaya ayrı-seçkiliyin olmadığı və fərqliliyə hörmətin aşılandığı bir tədris sistemi lazımdır»
# 30 noyabr 2009 18:34 (UTC +04:00)
T. Hammarberq bildirib ki, bu gün irqçilik, ksenofobiya və diskriminasiya kimi cərəyanlar hələ də Avropada davam etməkdədir: “Milli azlıqlar qəzəbli ifadələrə, zorakılıqlara və əsasən də əmək sahələri olmaqla, sistematik olaraq diskriminasiyaya tuş gəlirlər”.

Bununla bağlı Komissar siyasətçilərdən bu cür xoşagəlməz tendensiyaları daha ciddiyə almağı tələb edir: “Bu sahədəki siyasi və bəşəri məğlubiyyətin daha dərin səbəblərini tapmaq və analiz etmək çox vacibdir. Bizim bu sahədə mübadilə aparmağımız Avropanın gələcəyi üçün uğurlu nəticələr verəcək”.

Komissar hazırda Fransada və Avropanın digər bölgələrində milli kimlik mövzusunda aparılan müzakirələrin yararlı ola biləcəyini deyib: «Biz hamımız etnik mənsubiyyətimiz, milliyyətimiz və dini inanclarımızla məhdudlaşmayan bir çox kateqoriyalara mənsubuq. Güman edilən yeganə kimliyi kiminsə boynuna qoymaq sektalar arasında qarşıdurma üçün münbit şərait yaradır».

Sosial əlaqələrin və iqtisadi inkişafın milli kimliyə dair tutarlı konsepsiyanın əmələ gəlməsində yardımçı olduğunu xatırladan AŞ Komissarı plüralizm, ədalət və hamı üçün bərabər şanslar üzərində qurulmuş inteqrasiyanı daha da asanlaşdıran siyasi konsepsiyaların tərtib edilməsini bir daha tövsiyə edir: «Mədəniyyətlər arasında körpü salmaq üçün orta məktəb tədris sistemi də çox vacibdir. Heç kimin kənarda qalmadığı, ayrı-seçkiliyin olmadığı və fərqliliyə hörmətin aşılandığı bir tədris sistemi lazımdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR