Bank Of Baku

Avropa Şurası İsveçrədə yeni minarələrin tikilməsinə qadağa qoyan referendum qərarını pisləyib

Avropa Şurası İsveçrədə yeni minarələrin tikilməsinə qadağa qoyan referendum qərarını pisləyib
# 30 noyabr 2009 19:14 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli - APA. “Nəzərə almalıyıq ki, hər bir cəmiyyətdə əsaslı məsələlərə dair müzakirələr aparmaq və səs vermək hüququ demokratik dövlətlərin fundamental hüququnu təşkil edir. Lakin bununla belə, yeni minarələrin tikilməsinə dair İsveçrədə keçirilən referendum, ortaya belə bir sual çıxarır: Beynəlxalq konvensiyalar vasitəsilə qorunan fərdi fundamental hüquqlara dair məsələlər də xalq referendumlarına məruz qalmalıdırlarmı?” APA-nın Avropa bürosunun xəbərinə görə, bu bəyanatla Avropa Şurasının baş katibi Torbörn Yaqland çıxış edib.

Baş katib bildirib ki, yeni minarələrin tikintisinə qoyulan qadağa Avropa İnsan Haqları Konvensiyasının qarant durduğu söz azadlığı, din azadlığı və hər növ diskriminasiyanın qadağan olunmasına zərbədir : « Buna görə də əgər bu məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunarsa, o zaman məhkəmə yeni minarələrin tikilməsinə dair bu qadağanın konvensiyaya zidd olub-olmadığı haqda özü qərar verəcək”.

Qeyd edək ki, təxminən eyni məzmunlu bəyanatla Avropa Şurası Parlament Assambleyasının (AŞ PA)prezidenti Luis Maria de Puç da çıxış edib.

AŞ PA prezidenti bildirib ki, o, İsveçrədə yeni minarələrin tikilməsinin qadağan olunması haqda çıxarılan qərardan narahatdır: «Bir tərəfdən bu, İsveçrə xalqı və eləcə də ümumilikdə Avropa daxilində İslam fundamentalizminə qarşı mövcud olan qorxunun göstəricisidir. Digər tərəfdən, bu qərar cəmiyyətlərimiz daxilində gedən parçalanmanın dərinləşməsi və təcrid etmə hisslərinin ruhlandırılması risklərini artırmış olur. Bu referendumun nəticələri Avropa Şurası və onun Parlament Assambleyasının hər zaman müdafiə etdiyi, digərlərinin inanclarına hörmətlə yanaşma, dialoq və tolerantlıq dəyərlərinə ziddir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR