Bank Of Baku

Qazaxıstanın xarici işlər naziri: “Ölkəmiz ATƏT-ə sədrliyi dövründə təşkilatın güclənməsi və inkişafına öz töhfəsini verəcək”

Qazaxıstanın xarici işlər naziri: “Ölkəmiz ATƏT-ə sədrliyi dövründə təşkilatın güclənməsi və inkişafına öz töhfəsini verəcək”
# 02 dekabr 2009 07:07 (UTC +04:00)
Afina. Viktoriya Dementyeva – APA. “Qazaxıstan gələn il ATƏT-ə sədrliyi dövründə təşkilatın güclənməsi və inkişafına öz töhfəsini verəcək”. APA-nın Afinaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bunu Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev ATƏT Xarici İşlər Nazirləri Şurasının Yunanıstan paytaxtında keçirilən 17-ci iclasında çıxışında deyib. O bildirib ki, Qazaxıstan sədrliyi çərçivəsində ATƏT-in təməl prinsipləri və dəyərlərinə əməl edəcək, ölkələr arasında etimad və qarşılıqlı anlayışın möhkəmlənməsi və üzv ölkələrin maraqları naminə çalışacaq.

Nazir Nursultan Nazarbayevin təklifi ilə gələn il Helsinki Yekun Aktının qəbulunun 35, İkinci Dünya Müharibəsinin 65, yeni Avropa üçün Paris Xartiyasının qəbulunun 20 illiyi münasibətilə Qazaxıstanda ATƏT samitinin keçiriləcəyini açıqlayıb: “Biz əminik ki, bu gün - İstanbul samitindən 10 il sonra ATƏT-in yaxın gələcək üçün prioritetlərinin müəyyənləşdirilməsinin vaxtı çatıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR