Bank Of Baku

BMT-nin insan haqları üzrə ali komissarı İsveçrədə minarələrin inşasına qoyulan qadağaya qarşı çıxış edib

BMT-nin insan haqları üzrə ali komissarı İsveçrədə minarələrin inşasına qoyulan qadağaya qarşı çıxış edib
# 02 dekabr 2009 08:52 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. BMT-nin insan haqları üzrə ali komissarı xanım Navi Pilley İsveçrədə minarələrin inşasına qoyulan qadağaya qarşı çıxış edib, bu addımı diskriminasiya və ölkənin beynəlxalq öhdəliklərinə zidd adlandırıb. APA-nın BMT-nin rəsmi saytına istinadən məlumatına görə, ali komissar deyib ki, o demokratik səsverməni şübhə altına almaqdan qaçır, lakin bir sıra ölkələrdə, o cümlədən İsveçrədə siyasi kampaniyalar zamanı xaricilərə qarşı nifrətin qızışdırılmasını pisləyir. Komissarın fikrincə ksenofobiya və ekstremizmə əsaslanan siyasi platformalar çox təhlükəlidir. Xanım Navi Pilley bəyan edib ki, yalnız bir din ilə əlaqədar tikintiyə qoyulan qadağa şübhəsiz ki, diskriminasiyadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR