Bank Of Baku

Avropa Liberal demokratlar və islahatçılar partiyası Ermənistandan siyasi məhbusları dərhal azad etməyi tələb edib

Avropa Liberal demokratlar və islahatçılar partiyası Ermənistandan siyasi məhbusları dərhal azad etməyi tələb edib
# 16 oktyabr 2010 04:03 (UTC +04:00)
Bakı-APA. Dünən Helsinkidə Avropa Liberal demokratlar və islahatçılar partiyasının qurultayında «Siyasi məhbuslar haqqında qətnamə» qəbul edilib. Qətnamənin müəllifi Erməni Ümummilli Hərəkatıdır. Qətnamə Avropanın 38 ölkəsindən olan 700 nümayəndə tərəfindən yekdilliklə qəbul edilib. Bu barədə APA Armenia Today-a istinadən məlumat verir.

Qətnamədə deyilir:

Siyasi məhbuslar haqqında qətnamə

* Ermənistanın Avropa Şurasının üzvü olduğunu nəzərə alaraq,

* 2008-ci il prezident seçkilərinin gedişini və onlardan sonra yaranmış vəziyyəti nəzərə alaraq,

* Avropa Şurasının Ermənistana dair bütün qətnamələrini nəzərə alaraq

A. Avropa Şurasının insan haqları və əsas azadlıqları sahəsində əsas dəyərlərinə hörmət və ciddi riayətin ümumi sabitlik və inkişafın rəhni olduğunu təsdiq edir;

B. İnsanların siyasi motivlərə görə həbsxanalarda saxlanmasının və insanların hüquqi proseslərdən məhrum edilməsinin Avropa Şurası üzvünün öhdəliklərinə zidd olduğunu təsdiq edir;

C. Ermənistanda siyasi məhbusların mövcudluğunun bir çox beynəlxalq sənəd, hesabat və bəyanatlarda əks olunmuş sübuta yetirilmiş fakt olduğunu təsdiq edir;

1. Çoxsaylı xahiş və tələblərə baxmayaraq hakimiyyətin siyasi məhbusları hələ də azad etməməsini pisləyir;

2. Ermənistan hakimiyyətini bütün siyasi məhbusları dərhal azad etməyə və siyasi rəqibləri təqib etmək praktikasına son qoymağa çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR