Bank Of Baku

Fransa, Almaniya və Rusiya liderləri ümumi mövqeyi müzakirə edir

Fransa, Almaniya və Rusiya liderləri ümumi mövqeyi müzakirə edir
# 18 oktyabr 2010 21:52 (UTC +04:00)
Bakı-APA. Fransa, Almaniya və Rusiya liderləri NATO-nun Avropada yerləşdirmək istədiyi raketlərdən müdafiə sistemi ilə bağlı ümumi mövqeyi müzakirə etmək məqsədi ilə Fransanın şimalında Normandiyada görüş keçirirlər. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Deauville şəhərciyində keçirilən zirvə görüşündə Fransa prezidenti Nikola Sarkozi, Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Dmitri Medvedev iştirak edirlər. Sarkozinin ofisindən verilən bildirişdə deyilir ki, bu görüş raketlərdən müdafiə planının miqyası və məqsədləri ətrafında fikir ayrılıqlarına görə gərginləşmiş NATO-Rusiya münasibətlərini tənzimləmək üçün bir imkandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR