Bank Of Baku

İran Əfqanıstana dair görüşdə iştirak edir

İran Əfqanıstana dair görüşdə iştirak edir
# 18 oktyabr 2010 22:49 (UTC +04:00)
Bakı-APA. İran Romada Əfqanıstana dair konfransda iştirak edir. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Romada beynəlxalq təmas qrupunun konfransında NATO, Avropa Birliyi, BMT və regionda başlıca rol oynayan ölkələr təhlükəsizlik və sabitliyə görə məsuliyyətin Əfqanıstan hökumətinə ötürülməsi yollarını müzakirə edir. ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Riçard Holbruk deyib ki, İran Əfqanıstanda sülhün bərqərar olmasında başlıca rol oynayır. O bildirib ki, İran və Əfqanıstan narkotik mallar alveri və qeyri-qanuni mühacirət kimi məsələlərin həllində birgə maraqları bölüşür. Danışıqlar NATO-nun Əfqanıstana dair Lissabon görüşündən öncə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR