Bank Of Baku

Yunanıstanda 5 keçmiş nazirin həbs olunması gündəmdədir

Yunanıstanda 5 keçmiş nazirin həbs olunması gündəmdədir
# 19 oktyabr 2010 00:46 (UTC +04:00)
Bakı-APA. Yunanıstanda hakimiyyətdə olan PASOK partiyası mülkiyyətlə şübhəli əməliyyatlara görə keçmiş hökumətin 5 nazirini istintaqa cəlb etməyi təklif edib.

PASOK-da hesab edirlər ki, «Yeni Demokratiya» partiyasından olan 5 nazir Vatoped monastırı ilə mülkiyyət mübadiləsi zamanı qanunu pozublar. Dövlət elitar mülkiyyəti monastırın yararsız torpaqları ilə dəyişib. KİV-in fikrincə, bu sövdələşmə büdcəyə 100 milyon avro məbləğində ziyan vurub.

İstintaqa cəlb olunması təklif edilənlər arasında keçmiş dövlət naziri Teodoros Rusopulos, kənd təsərrüfatı naziri Evanqelos Basyakos, onun müavini Alekos Kondos, keçmiş ictimai asayiş və ticarət donanması naziri Yorqos Vulqarakis, həmçinin keçmiş maliyyə nazirinin müavini Petros Dukas var. Onların hamısı monastırla bağlanmış sazişi imzalayıblar. Yorqos Vulqarakisin həyat yoldaşı iəs bu sazişləri notarius qismində təsdiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR