Bank Of Baku

Marqaret Tetçer xəstəxanaya aparılıb

Marqaret Tetçer xəstəxanaya aparılıb
# 20 oktyabr 2010 07:57 (UTC +04:00)
Bakı – APA. Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçer xəstəxanaya aparılıb. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, M. Tetçerin mətbuat xidməti onun bir neçə gün əvvəl qripə yoluxduğunu, bu səbəblə xəstəxanada müayinədən keçəcəyini açıqlayıb. Baş nazir David Kameron xanım Tetçerə “keçmiş olsun” mesajı göndərib.

Qeyd edək ki, bu il oktyabrın 13-də M. Tetçerin 85 yaşı tamam olub. Baş nazirin iqamətgahında onun şərəfinə 150 qonağın qatıldığı qəbul təşkil edilib. Lakin Tetçer qrip olduğundan tədbirdə iştirak etməyib. O, son illər bir neçə dəfə mikroinsult da keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR