Bank Of Baku

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasının gündəliyi açıqlanıb

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin  sessiyasının gündəliyi açıqlanıb
# 20 oktyabr 2010 16:26 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, sessiyada qurumun yeni sədri seçiləcək, yeni islahatlar proqrami qəbul olunacaq və Avropa Yerli Özünüidarəetmə Xartiyasının 25 illiyi qeyd ediləcək. Toplantıda üzv ölkələrin yeni nümayəndə heyətlərinin tərkibi təsdiqlənəcək və onlar da Konqresin yeni sədrini, qurumun yeni Bürosunu, ayrı-ayrılıqda Konqresin Yerli Hakimiyyətlər Palatası və Regionlar Palatasının yeni sədrlərini seçəcəklər.

Bundan başqa, sessiya ərzində Rusiya, Estoniya və Çernoqoriyada yerli və regional demokratiyanın vəziyyətinə dair hazırlanmış hesabatlar, bu ilin may ayında Gürcüstanda keçirilmiş bələdiyyə seçkilərinin nəticələri müzakirə ediləcək. Gündəlikdə yerli hakimiyyətlər səviyyəsində mədəniyyətlərarası və dinlərarası münasibətlərdə gərginlik, müsəlman qadınlarının Avropa cəmiyyətlərinə inteqrasiyası, Avropanın yoxsul məhəllələrində yaşasyan gənclərin inteqrasiyası, yerli hakimiyyətlər səviyyəsində korrupsiya ilə mübarizə, sahilyanı şəhərlərdə dənizin yaratdığı təhlükələr kimi məsələlərin də müzakirə ediləcəyi gözlənilir.

Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasında Andorranın baş naziri Jaume Bartumeu Cassany, hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədirlik edən Makedoniyanın yerli özünüidarəetmə naziri Musa Kaferri, Avropa Şurasının baş katibi Torbyörn Yaqland, AŞ PA-nın sədri Mövlud Çavuşoğlu, İspaniyanın ərazi siyasəti üzrə naziri Manuel Çaves Qonzalez, Avropa İttifaqının Regionlar Komitəsinin sədri Mersedes Bresso və Tiflis şəhərinin meri Georgi Uqulava çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR