Bank Of Baku

Avropa Şurası qaraçılar probleminin həlli üçün real addımlara keçir

Avropa Şurası qaraçılar probleminin həlli üçün real addımlara keçir
# 20 oktyabr 2010 19:54 (UTC +04:00)
Bakı-APA. Avropa Şurası, Avropada sayları 12 milyona çatan qaraçıların problemlərini həll etmək məqsədi ilə həyata keçiriləcək Avropa təhsil proqramı layihəsi çərçivəsində "Qaraçı vasitəçilər" yetişdirəcək.

Avropa Şurası nazirləri ilə ATƏT nümayəndələrinin qatıldığı konfrans sona çatıb.

Konfrans sonunda yayımlanan "Strasburq bəyannaməsində, qaraçılara qarşı irqçiliklə mübarizə, qaraçıların iqtisadi və sosial durumlarının düzəldilməsi və sosial inteqrasiyalarının təmin edilməsi mövzularında ortaq qərarlar alınıb.

Alınan qərarlar çərçivəsində, problemlərin həll olunmasına kömək etmək üçün həyata keçiriləcək Avropa təhsil proqramında, 1000-dən artıq qaraçı vasitəçi yetişdiriləcək.

Xüsusi təhsil alacaq bu vasitəçilər, qaraçı toplumuna idarəetmə və qanunçuluq sahələrində tövsiyələr verəcəklər.

Avropa Şurası bu məqsədlə gələn il 100 hüquqşünasa da təhsil verəcək. Yetişdirilən bu hüquqşünaslar qaraçı vasitəçilərlə birlikdə bu toplumun ev, məktəb, səhiyyə kimi problemlərinin həlli və bu qrupun yenə ayrı-seçkiliyə məruz qalmamağı üçün səy göstərəcəklər.
Qəbul edilən bəyannamədə qaraçılara qarşı ayrı-seçkilik siyasəti və bu qrupu sosial və iqtisadi olaraq kənarlaşdırmaq cəhdləri də qınanıb.

Avropa Şurası Baş Katibi Torbyorn Yaqland keçirdiyi brifinqdə “artıq qaraçılar problemini həll etmə məsələsində icraata keçmək və yeni bir başlanğıca rəvac vermək zamanıdır”, deyə bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR