Bank Of Baku

İngiltərə məhkəməsi Səudiyyə şahzadəsi barəsində ömürlük həbs qərarı çıxarıb

İngiltərə məhkəməsi Səudiyyə şahzadəsi barəsində ömürlük həbs qərarı çıxarıb
# 20 oktyabr 2010 21:48 (UTC +04:00)
Bakı-APA. İngiltərə məhkəməsi sevgilisi və köməkçisi olan kişini Londonda öldürən Səudiyyə şahzadəsi barəsində ömürlük həbs qərarı qəbul edib.

Londonda 5 ulduzlu bir oteldə köməkçisini öldürməklə suçlanan şahzadə Səud Əbdüləziz Bin Nasir Əl Səudun məhkəmə prosesi başa çatıb.

Səudiyyə şahzadəsinin öldürdüyü şəxs Bəndər Əbdüləziz onun sevgilisi və köməkçisi olub.

Yanvarın 22-də Əl Səudun Əbdüləzizi döyməsi barədə kadrlar yayımlanmışdı.

Fevralın 15-də Əbdüləzizin boynu qırıldıqdan sonra boğularaq öldürüldüyü məlum olmuşdu. Meyit şahzadənin qaldığı oteldə tapılmışdı.

Prosesin başlaması ilə birlikdə şahzadənin vəkilləri iki adam arasındakı sevgi iddialarının üstünü örtməyə çalışıblar.

Ən sonunda şahzadə Əbdüləziz ilə sevgili olduqlarını və onu öldürdüyünü etiraf edib.

Hadisə günü, sərxoş olan şahzadə sevgilisini yumruqlayaraq onun dişlərini və sifətini qırıb. Daha sonra Əbdüləzizin boynunu da qıran şahzadə sevgilisini boğaraq öldürüb.

Otağındakı qan izlərini təmizləyib otel işçilərinə və polisə Əbdüləzizin öldüyünü bildirib.

Polis otelin təhlükəsizlik qeydlərində şahzadənin Əbdüləzizi döyməsi kadrlarını tapdıqdan sonra şahzadə ifadəsini dəyişdirib və günahını qəbul edib.

Şahzadə olduğu üçün toxunulmazlığı olduğunu bildirən Əl Səuda məhkəmənin cavabı sərt olub. İngiltərədə heç kimin qanunlardan üstün olmadığını açıqlayan məhkəmə şahzadə barəsində ömürlük həbs cəzası qərarı çıxarıb.

Şahzadə ancaq 20 il həbsdə yatdıqdan sonra qərardan şikayət verə bilər.

Məhkəmə, şahzadənin cəzasını çəkdikdən sonra İngiltərəyə sığınma tələbi haqqı olduğunu bildirib. Çünki bütün sübutlar şahzadənin mavi olduğunu göstərir.

Şahzadə Səudiyyə Ərəbistanında adam öldürməkdən cəza almasa da mavi olduğu üçün cəzadan qaçması mümkün deyil. Səudiyyə Ərəbistanında mavi olmağın bir cəzası var: edam.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR