Bank Of Baku

İngilis atom sualtı qayığı saya oturub

İngilis atom sualtı qayığı saya oturub
# 22 oktyabr 2010 20:40 (UTC +04:00)
Bakı-APA. İngiltərəyə məxsus atom sualtı qayığı Şotlandiyanın qərb sahillərində saya oturub.

İngiltərə müdafiə nazirliyi məsələ ilə bağlı verdiyi açıqlamada, qəzanın nüvə təhlükəli olmadığını və hadisədə heç kimin yaralanmadığını bildirib.

Hadisə yerinə sahil mühafizə və xilasetmə əməkdaşlarının göndərildiyini bildirən nazirlik, su səviyyəsinin yüksəlməsi ilə axşam saatlarında sualtı qayığın yerindən tərpədilə biləcəyini vurğulayıb.

“Astute” adlı sualtı qayığı Böyük Britaniya Krallığı Dəniz Qüvvələrinin ən böyük və güclü hücum sualtı qayıqlarından biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR