Bank Of Baku

Fransa Senatı pensiya islahatının lehinə səs verib

Fransa Senatı pensiya islahatının lehinə səs verib
# 22 oktyabr 2010 21:43 (UTC +04:00)
Bakı-APA. Fransa Senatı üçhəftəlik debatlardan sonra bütün ölkədə etiraza səbəb olmuş pensiya islahatına səs verib. Bu barədə Senatın vitse-spikeri Bernar Frima məlumat verib.

177 senator islahatın lehinə, 153 nəfər isə əleyhinə səs verib, 9 senator bitərəf qalıb.

İndi parlamentin yuxarı və aşağı palatalarının dəstəklədikləri islahat layihəsinin 2 variantını parlament komissiyası birləşdirməlidir. Yekun səsverməni hər iki palata artıq gələn həftənin çərşənbə günü keçirə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR