Bank Of Baku

Fransada başlanan tətillər ölkə büdcəsinə hər gün 200-400 milyon avro ziyan vurur

Fransada başlanan tətillər ölkə büdcəsinə hər gün 200-400 milyon avro ziyan vurur
# 25 oktyabr 2010 10:15 (UTC +04:00)
Paris-APA. Fransanın maliyyə naziri Kristin Laqard ölkədə başlayan ümummilli tətilin hör gün ölkə büdcəsinə 200-400 milyon avro ziyan vurduğunu açıqlayıb. APA-nın məlumatına görə, tətillərə səbəb pensiya yaşının 60-dan 62-yə qaldırılması barədə parlamentə təqdim olunan qanun layihəsidir. Layihə artıq hər iki palatada səsvermədən keçib. Senatda yekun səsvermə oktyabrın 27-də keçiriləcək. Səsvermənin nəticələri müsbət olsa, qanun layihəsi imzalanmaq üçün prezident Nikola Sarkoziyə təqdim olunacaq. Fransa Kimya Sənayesi Assosiasiyasının baş direktoru Jan Pelen bildirib ki, artıq tətillərdən kimya sənayesi sektoruna dəyən ümumi ziyan 1 milyard avronu keçib və hər gün bu sektora tətillərdən ən azı 100 milyon avro ziyan dəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR