Bank Of Baku

Ümümavropa vətəndaş məhkəməsi günü qeyd olunur

Ümümavropa vətəndaş məhkəməsi günü qeyd olunur
# 25 oktyabr 2010 15:35 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Avropada ümümavropa vətəndaş məhkəməsi günü qeyd olunur. APA-nın Avropa bürosunun xəbərinə görə, Avropa Şurasının təşəbbüsü ilə hər il oktyabrın 25-də quruma üzv ölkələrin iştirakı ilə keçirilən ənənəvi tədbir bu il Sloveniyanın paytaxtı Lyublyana şəhərində təşkil olunub. Təşkilatçılar Avropa Komissiyası və Avropa Şurasının ədalət məhkəməsinin effektivliyi üzrə komissiyasıdır (CEPEJ).

Tədbir çərçivəsində illik “Xrustal məhkəmə tərəzisi” mükafatının təqdimatı da olacaq. Məhkəmə işlərinin təşkili sahəsində effektiv və yeni layihələr təqdim edən və onların Avropa məhkəmə sistemlərində tətbiqində xidmətləri olan şəxs bu mükafatla təltif ediləcək.

Tədbirdə Avropa Şurası baş katibinin müavini Mod de Bur-Bukikkio, Sloveniyanın ədliyyə naziri Aleş Zalar və bir çox ölkənin ədliyyə nazirləri iştirak edəcək. Bu tədbir çərçivəsində bütün Avropa ölkələrinin məhkəmələrində açıq qapılar elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR