Bank Of Baku

Sloveniyada ilk qaradərili mer seçilib

Sloveniyada ilk qaradərili mer seçilib
# 25 oktyabr 2010 22:33 (UTC +04:00)
Bakı-APA. Qana mənşəli bir həkim Sloveniyada keçirilən yerli seçkilərdə qalib gəlib, APA bbc.com saytına istinadən xəbər verir.
Bu ölkədə ilk dəfə mer vəzifəsinə qaradərili şəxs seçilib.
Mərkəz-solçu namizəd Piter Bossman (Peter Bossman) Sloveniyada şəhər meri seçilən ilk qaradərili mer olacaq.
Doktor Piter Bossman Sloveniyanın Piran şəhərində keçirilən seçkilərdə qələbə qazanıb.
O, vaxtı ilə Yuqoslaviyanın tərkibində olan Sloveniyaya 1970-ci illərdə tibb universitetində oxumaq üçün gəlib.
Fransanın xəbərlər agentliyinə müsahibəsində, doktor Piter Bossman deyib ki, onun Piran şəhərinin meri seçilməsi Sloveniyada demokratiyanın hansı səviyyədə olduğunu nümayiş etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR