Bank Of Baku

Avropa İnsan Haqları Məhkəməsi Türkiyəni rekord məbləğdə təzminat ödəməyə məhkum edib

Avropa İnsan Haqları Məhkəməsi Türkiyəni rekord məbləğdə təzminat ödəməyə məhkum edib
# 26 oktyabr 2010 13:16 (UTC +04:00)
Bakı – APA. Avropa İnsan Haqları Məhkəməsi Kipr yunanlarının iddiası əsasında Türkiyəni rekord məbləğdə maddi təzminat ödəməyə məhkum edib. APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, əslində iş üzrə qərar 2009-cu ildə çıxarılsa da, təzminatın miqdarı müəyyənləşdirilməmişdi. 26 oktyabr 2010-cu il tarixli qərara əsasən iddiaçıların mülkiyyət hüququnu pozan Türkiyə onlara 3 ay ərzində 13 milyon 315 min avro təzminat verməlidir.
Qeyd edək ki, 1974-cü ildə Kipr türklərini soyqırımdan qorumaq üçün adaya ordu yeridən Türkiyə yunanların yaşadığı bəzi əraziləri də ələ keçirib. Öz evlərini tərk edərək adanın cənubuna – yunan tərəfə köçən şimaldakı bir çox yunan 1990-99-cu illərdə Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib. Bundan sonra analoji şikayətlərə AİHM deyil, Şimali Kiprdə yaradılmış xüsusi komissiya baxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR