Bank Of Baku

Fransa Senatı təqaüdçülərə dair qanun layihəsinin yekun variantını qəbul edib

Fransa Senatı təqaüdçülərə dair qanun layihəsinin yekun variantını qəbul edib
# 26 oktyabr 2010 21:45 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. Fransa cəmiyyətində üç hərfdən çox davam edən müzakirələrə, müxalifətin sol qanadım həmkarlar ittifaqlarının etirazlarına və eləcə də ölkədə bu ilin yazından başlayan tətil və yürüşlərə baxmayaraq, Fransa Senatı təqaüdçülər haqda islahatlara dair qanun layihəsinin yekun variantını 177 səslə qəbul etdi.
APA-nın Avropa bürosunun xəbərinə görə, bu qanun layihəsinə qarşı isə 151 fransız senatoru səs verdi. Qanun layihəsinin lehinə Senatda çoxluq təşkil edən yalnız hakim partiyası Xalq Hərəkatı Uğrunda Birliyi və Mərkəzçi Birlik partiyaları səs verdilər. Sol və Yaşıllar partiyalarının üzvləri bu qanun layihəsinin əleyhinə səs verdilər.
Fransanın əmək naziri Erik Vört səsverməni tarixi bir seçim olduğunu bildirib. Xatırladaq kı, bu qanun layihəsi ətrafındakı müzakirələr Fransa 5-ci Respublikası tarixində ən uzun sürən müzakirələrdən biri kimi yadda qalacaq. Fransa parlamenti və Senatındakı bu müzakirələr oktyabrın 5-dən başlayaraq, 21 gün davam edib.
Qeyd edək ki, Fransada uzun müddətdir tətillərə səbəb olan bu layihə əsasən ölkədə pensiya yaşının 60-dan 62-yə qaldırılmasıdır. Bu layihə artıq Fransa parlamentinin hər iki palatada səsvermədən keçib. Oktyabrın 27-də Fransa Parlamenti və Senatının birgə Komitəsinin qəbul etdiyi yekun səsvermədən sonra, qanun layihəsinin parlamentdəki müzakirələri başa çatmış olacaq və qanun layihəsi imzalanmaq üçün prezident Nikola Sarkoziyə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR