Bank Of Baku

Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresi özünün yeni islahat proqramını qəbul edib

Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresi özünün yeni islahat proqramını qəbul edib
# 27 oktyabr 2010 17:05 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 19-cu sessiyasının plenar iclasında qurumun 2011-2012-ci illər üçün islahat proqramı, yeni prioritetləri və konqresin strukturunun, iş mexanizmlərinin dəyişməsini nəzərdə tutan yeni təkliflər paketi qəbul olunub. APA-nın Avropa bürosunun xəbərinə görə, aparılacaq islahatın məqsədi konqresin təsirini artırmaq, Avropanın yerli hakimiyyət orqanları, eləcə də sıravi vətəndaşlar üçün qurumun fəaliyyətini daha nəzərəçarpacaq və faydalı etməkdən ibarətdir. Məqsədlərdən biri də Avropa Şurasının yerli və regional səviyyədə demokratiya və insan hüquqları sahəsində apardığı fəaliyyətdə konqresin aparıcı orqanlardan birinə çevrilməsidir.

Yeni prioritetlər 5 sahəni əhatə edir: yerli və regional demokratiyanın monitorinqi, yerli və regional seçkilərin müşahidəsi, müəyyən edilmiş post-monitorinq və post-müşahidə aparılan ölkələrə yardım proqramı, insan hüquqlarının yerli və regional ölçüsü və tematik tədbirlərin rasionallaşdırılması.

Qəbul edilən dəyişikliklərə əsasən Konqresdə indiyə kimi fəaliyyət göstərən 4 komitə əvəzinə bu funksiyaları artıq 3 Komitə (Monitorinq Komitəsi, İdarəetmə Komitəsi və cari məsələlər üzrə Komitə) yerinə yetirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR