Bank Of Baku

Brüsseldə “borclar böhranı” müzakirə olunur

Brüsseldə “borclar böhranı” müzakirə olunur
# 29 oktyabr 2010 00:19 (UTC +04:00)
Bakı-APA. Avropa liderləri gələcək böhranların önlənilməsi məqsədi ilə böyük borclar yığmış ölkələrə qarşı sanksiyalar təşəbbüsünü müzakirə edəcəklər.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Brüsseldə toplaşan Avropa liderləri iqtisadiyyata təhlükə yaradan gələcək böhranların önlənilməsi yollarını müzakirə etməlidirlər.
Gündəlikdə böyük borclar yığmış ölkələrə qarşı sərt sanksiyaların müzakirəsi durur.
Avropa İttifaqının bəzi üzvləri bununla bağlı narahatlıq ifadə ediblər.
Onlar hesab edirlər ki, qaydaların sərtləşdirilməsi Avropa sazişlərinin dəyişdirilməsi ilə nəticələnə bilər.
Bundan əlavə Britaniya İttifaq büdcəsinin artırılması ilə bağlı planlara etiraz edir.
Britaniya nümayəndələri “sərt büdcə qənaəti şəraitində” bu cür artımın qeyri-məqbul olduğunu bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR