Bank Of Baku

Gürcüstanda 20 nəfər Rusiyaya casusluq ittihamı ilə saxlanılıb

Gürcüstanda 20 nəfər Rusiyaya casusluq ittihamı ilə saxlanılıb
# 31 oktyabr 2010 00:28 (UTC +04:00)
Bakı-APA. Gürcüstan polisi Rusiyaya casusluq etməkdə şübhəli bilinən 20 gürcü vətəndaşı saxlayıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, bu 20 şəxs GRU kimi tanınan Rusiya hərbi kəşfiyyat xidmətlərinə işləyiblər. Gürcüstanın İnterpress Nyuz agentliyinin məlumatına görə şübhəlilər Gürcüstanın daxili və müdafiə nazirliklərinin maddi təchizatını öyrənirdilər. Onlar həmçinin Gürcüstan hüquq-mühafizə orqanları və təhlükəsizlik agentliklərinin yüksək rütbəli əməkdaşlarının həyatları barədə məlumat toplayırdılar. Gürcüstan daxili işlər nazirliyi məlumatları nə təsdiq, nə də təkzib edib. Hanoyda olan Rusiya xarici işlər naziri Sergey Lavrov isə bu məsələni “Gürcüstan vətəndaşları ilə bağlı məsələ” adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR