Bank Of Baku

İstanbulda kamikadze terror aktı törədib, xeyli yaralı var

İstanbulda kamikadze terror aktı törədib, xeyli yaralı var
# 31 oktyabr 2010 10:50 (UTC +04:00)
Partlayış nəticəsində 15 nəfər yaralanıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Yaralılardan 6-sı polis, 9-u mülki şəxsdir.

Yaralılar xəstəxanaya yerləşdirilib. Partlayışın kamikadze tərəfindən törədildiyi ehtimal edilir. Terror aktı polis əməkdaşlarına qarşı yönəldilib. Partlayış nəticəsində ölən kamikadzenin meyiti “Taksim” meydanındadır. Hadisə yeri nəzarətə götürülüb, araşdırmalar aparılır.

İstanbulun polis rəisi Hüseyn Çapqın da hadisə yerinə gəlib. O, mətbuata açıqlamasında partlayış nəticəsində 15 nəfərin yaralandığını təsdiqləyib və araşdırma aparıldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR