Bank Of Baku

Slovakiya Əfqanıstandakı hərbi kontingentini artırmaq niyyətindədir

Slovakiya Əfqanıstandakı hərbi kontingentini artırmaq niyyətindədir
# 02 noyabr 2010 03:26 (UTC +04:00)
Bakı-APA. Slovakiya müdafiə nazirliyi Əfqanıstandakı milli hərbi kontingenti 314 nəfərdən 348 nəfərədək artırmağı təklif edib. Müvafiq təklif baxılmaq üçün hökumətə təqdim edilib.

Slovakiya müdafiə nazirliyi əlavə olaraq Əfqanıstana partlayıcı maddələr üzrə mütəxəssisləri və 20 hərbçidən ibarət xüsusi təyinatlıları göndərməyi də təklif edir.

Hökumət təklifə razılıq versə, məsələ parlamentin gündəliyinə çıxarılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR