Bank Of Baku

AŞPA prezidenti İran vətəndaşı Aştianinin işi ilə bağlı çox narahatdır

AŞPA prezidenti İran vətəndaşı Aştianinin işi ilə bağlı çox narahatdır
# 03 noyabr 2010 19:07 (UTC +04:00)
Strasburq – APA. "Mən İran hökumətini Səkinə Məhəmmədi Aştianiyə qarşı ölüm cəzasını icra etməməyə səsləyən insanlara qoşuluram". APA-nın AŞPA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlu bu gün verdiyi bəyanatda bildirib.

"Baxmayaraq ki, hal-hazırda ölüm cəzasının icra olunma qorxusu azalıb, amma Səkinə Aştianinin həyatı hələdə təhlükə altında olması məni dərin narahat edir. Qeyd etmək istərdim ki, İranın xarici işlər naziri Manüçöhr Mottəki bu gün verdiyi bəyanatda bildirib ki, Aştianinin işi ilə bağlı hələ son qərar verilməyib, ona görə biz bir daha Səkinənin azad olunması üçün müraciət edirik. Avropa Şurası qətiyyətlə ölüm hökmünün əleyhinədir və bizim təşkilatın 47 üzv ölkələrində, İranla sərhəd olan üç ölkə də daxil olmaqla, heç birində ölüm cəzası icra olunmur. Səkinə Məhəmməd Aştianiyə qarşı ölüm cəzasının icrası İranı Avropadan yalnız uzaqlaşdıracaq və mən İran hakimiyyətini bu addımı atmamağı xahiş edirəm", deyə Çavuşoğlu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR