Tbilisidə Azərbaycan-Almaniya biznes forumu keçirilib
Forumda Almaniyanın Gürcüstandakı səfiri Ortvin Xenninq və Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev çıxış ediblər. Səfir O.Xenninq çıxışında qeyd edib ki, "Azərbaycan və Almaniya iqtisadi-siyasi cəhətdən bir-birinə çox yaxın ölkələrdir. Bu gün azərbaycanlılar və almanlar üçün çox vacib bir gündür. Gürcüstanda 2007-ci ildən 48-ə qədər alman şirkətləri bizneslə məşğul olurlar. Biz bundan sonra bu ölkədə şirkətlərimizin sayını daha da artırmağa çalışacağıq. Almaniya Cənubi Qafqazda biznesin inkişafında maraqlıdır. Azərbaycanla Almaniyanın arasında biznes əlaqələri çox səmərəli inkişaf edir. Hər iki ölkə biznesi inkişaf etdirmək üçün tərəfdaşlığı genişləndirir. Almaniya Azərbaycan üçün maşınlar və digər məhsullar ixrac edir. Bakıda Almaniyanın 114 şirkəti qeydiyyatdan keçib. Bu tədbir Azərbaycan-Almaniya iş adamlarının biznes qurmasına daha böyük təkan verəcək və bu biznesin bünövrəsi möhkəm olacaq."
Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev çıxışında bu görüşün Gürcüstanda ilk dəfə keçirildiyini bildirib. "Azərbaycan Almaniya ilə iqtisadiyyat sahəsində əməkdaşlığı həmişə dərinləşdirir və inkişaf etdirir. Azərbaycan biznes sahəsində Gürcüstanın ikinci tərəfdaşıdır. Bu gün 30-a qədər Azərbaycan şirkətləri Gürcüstan bazarında işləyir. Kifayətdir ki, qeyd edək ki, bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir. Bu tədbirin hər iki ölkə arasında əhəmiyyəti böyükdür. Azərbaycan iqtisadiyyatının ınkişaf etməsi Cənubi Qafqaza dünya ictimaiyyətinin marağını daha da çoxaldır. Buna görə də bizim maraqlarımız Almaniyanın iqtisadi maraqları ilə üst-üstə düşür."
Forumda qeyd edilib ki, hər iki ölkə iş adamları və şirkətləri Gürcüstanda fəal çalışırlar. Tədbirdə Gürcüstanda fəaliyyət göstərən Azərbaycan-Almaniya biznes-şirkətləri arasında əməkdaşlığın qurulması, gələcəkdə yeni birgə layihələrin həyata keçirilməsi, yeni investisiya yatırılması və iş yerlərinin yaradılması və biznes fəaliyyətində qarşılıqlı məsələlərin həllinə nail olunması barədə ikitərəfli danışıqlar və məsləhətləşmələr aparılıb. Qeyd olunub ki, Gürcüstan hər iki ölkə üçün strateji tərəfdaş statusuna malik və mühüm önəmli bir ölkədir.
Forumda gələcəkdə "AZEBİ" iş adamlarının ictimai birliyi tərəfindən Gürcüstan, ABŞ və Türkiyə şirkətlərinin Gürcüstandakı assosiasiyalarının birgə tədbirlərinin keçiriləcəyi qeyd olunub. Tədbirdə Gürcüstan hökumətinin nümayəndələri və hər iki ölkənin 55 şirkətinin iş adamları iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstan bazarı Azərbaycan üçün çox əhəmiyyətlidir. Burada Azərbaycanın 30-a qədər şirkəti fəaliyyət göstərir. "2009-cu ildə Gürcüstanda ən böyük vergiödəyici ARDNŞ-nin Gürcüstan nümayəndəliyi olub. Bu gün Azərbaycan və Almaniya sahibkarlarının əməkdaşlığı iş adamları üçün qarant olacaq. Müştərək şirkətlərin birgə fəaliyyəti və Avropa şirkətlərinin təcrübələrindən istifadə etməsi Azərbaycan şirkətləri üçün çox vacibdir."
Xatırladaq ki, AZEBİ Gürcüstanda 2009-cu ildən fəaliyyət göstərir və 30-dək Azərbaycan şirkətini birləşdirir. Almaniya Biznes Assosiayası isə Gürcüstanda 2007-ci ildə yaradılıb və bu təşkilatın 48 üzvü var.
Avropa
Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib
Azərbaycan BMT-də Gürcüstanla bağlı qətnaməni növbəti dəfə dəstəkləyib
Zelenski Putinə açıq məktub ünvanlayıb
Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb
Xəbər Lenti
Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti 63 min dollardan aşağı enib
Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib
KİV: "Gerald R. Ford" təyyarədaşıyan gəmisinin təmiri bir il çəkə bilər
Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib
Tramp Milli Kəşfiyyat direktoru axtarışını davam etdirir
Tramp ABŞ-ın Kuba hökumətini dəyişməyi hədəflədiyini açıqlayıb
ABŞ Almaniyaya “Tomahawk” raketlərinin verilməsini ləğv edə bilər
ABŞ Raul Kastronun oğlu və nəvəsinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Hörmüz boğazında mina təmizləmə əməliyyatının əksər hissəsini başa çatdırıb
Azərbaycan BMT-də Gürcüstanla bağlı qətnaməni növbəti dəfə dəstəkləyib
Tramp Xamenei ilə görüşməyə hazır olduğunu bildirib
Tramp: Düşünürəm ki, Putin və Zelenski görüşsəydi, əla olardı
Minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub
Zelenski Putinə açıq məktub ünvanlayıb
Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3526 nəfərə çatıb
Putin Rusiyanın Azərbaycanla həmişə yaxşı münasibətləri olduğunu deyib
Putin bildirib ki, Ermənistanda Aİ-yə üzvlük prosesi ilə bağlı qanunun qəbulu Rusiyada narahatlıq yaradıb
Putin: Rusiya Ukrayna ilə bağlı güzəştə getməyə hazırdır
Hakan Fidan Qətərin Baş naziri ilə ABŞ-İran danışıqlarını müzakirə edib
NATO Zirvəsi səbəbilə Ankarada bütün ictimai tədbirlər qadağan edilib
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibəti ilə rəsmi qəbul keçirilib
Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib
SEPAH: Atəşkəs Livanı da əhatə etməlidir
KMBİ bankların adından saxta kredit səhifələri yaradan şəxsləri saxlayıb - VİDEO
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib
Ceyhun Bayramov Qırğızıstanı BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib
Rusiya və ABŞ sabah Berinq boğazından keçən tunel haqqında saziş imzalayacaq
Bakı Təşəbbüs Qrupunun fəaliyyəti beynəlxalq səviyyədə qəbul olunur: Fransanın narahatlığı artır - TƏHLİL
XİN: Gürcüstan "3+3" formatında keçiriləcək görüşdə iştirak etməyəcək
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq - SİYAHI
Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində olduğunu bildirib, detalları açıqlayıb
Braziliyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Füzulidə 120 kq yararsız ət aşkarlanıb
Ermənistanda qiyamçı keşiş Baqrat ev dustaqlığına buraxılıb
Binəqədidə kranda köməksiz qalan şəxs xilas edilib - VİDEO
Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Bəhreynin Baş naziri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Qətər Əmiri Prezident İlham Əliyevi təbrik edib