Bank Of Baku

Serbiya prezidenti xorvat qurbanlarının xatirəsini yad edib

Serbiya prezidenti xorvat qurbanlarının xatirəsini yad edib
# 05 noyabr 2010 02:20 (UTC +04:00)
Bakı-APA. Serbiya prezidenti Boris Tadiç Xorvatiyaya səfər edərək, 1991-ci ildə burada törədilmiş qətliyamın qurbanlarını yad edən ilk serb lideri olub, APA bbc.com saytına istinadən xəbər verir.
Tadiç 3 aylıq mühasirədən sonra serblərin nəzarət etdiyi yuqoslav ordusunun əlinə keçmiş Vukovar şəhərinə baş çəkib.
Serbiya prezidenti 260 xəstənin qətlə yetirildiyi xəstəxanada əklillər qoyub.
Bundan başqa o, Xorvatiya prezidenti İvo Yosipoviçlə birlikdə xorvatlar tərəfindən öldürülmüş 18 serb kəndlisinin məzarında da olub.
Serbiya prezidentini Xorvatiya rəhbəri və təxminən 100-ə yaxın adam qarşılayıb.
Xorvatiya bu səfəri iki ölkə arasında münasibətlərdəki gərginliyi aradan qaldırmaq cəhdi kimi təsvir edib.
Lakin bir sıra sağçı partiyalar və müharibə veteranları qrupları etiraz aksiyalarına çağırıblar. Onlar israr edirlər ki, Tadiş Serbiya adından üzr istəməlidir və onun "qeyri-rəsmi" gəlişi bundan yaxa qurtarmaq məqsədi güdür.
Bu il Serbiya prezidenti Bosniyada olub və Srebrenitsada 1995-ci ildə öldürülmüş 8 min müsəlmanın xatirəsini yad edib.
Hər iki prezident millətlərinin ağır keçmişinə nəzər salaraq daha sabit gələcəyə əsas yaratmağa çalışırlar. Hər iki ölkənin məramı Avropa İttifaqına üzvlükdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR