Bank Of Baku

Yunanıstan hökuməti atdığı qeyri-populyar addımları dayandıra bilər

Yunanıstan hökuməti atdığı qeyri-populyar addımları dayandıra bilər
# 06 noyabr 2010 01:29 (UTC +04:00)
Bakı-APA. Yunanıstan hakimiyyətinin səbri tükənib. Brüsseldən maliyyə yardımı almaq üçün həyata keçirilən sosial islahatlar yalnız həmkarların kütləvi etirazına, iğtişaşlara, dağıntılara və içində partlayıcı olan bağlamalara gətirir. Hakimiyyət özü üçün uduşlu olmayan addımı atmağa – referendum elan etməyə hazırdır. Əsas sual isə ölkəyə islahatların lazı olub, olmamasıdır. Yəni, başqa sözlərlə, insanlar maaşların, pensiyaların azaldılmasını, pensiya yaşının artırılmasını və digər qeyri-populyar addımları istəyirlərmi.

Yunanıstanın baş naziri Georgios Papandreu bildirib ki, əgər seçicilər sosial islahatların əleyhinə səs versələr, onun növbədənkənar seçkilər elan etməkdən başqa çarəsi qalmayacaq. «Əgər xalq «bəsdir, islahatlara son qoymaq vaxtıdır» desə, onda xalq bu hökumət barədə də fikrini bildirməli olacaq», deyə baş nazir bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR