Bank Of Baku

Londonda monqol kəşfiyyatının zabiti həbs olunub

Londonda monqol kəşfiyyatının zabiti həbs olunub
# 06 noyabr 2010 02:24 (UTC +04:00)
Bakı-APA. Monqolustan kəşfiyyatının yüksək rütbəli zabiti Bat Hurs London hava limanında həbs olunub. O insan oğurluğu və işgəncə verməkdə şübhəli bilinir.

Hurs hələ sentyabrda həbs olunsa da, bu barədə yalnız noyabrın əvvəllərində məlum olub. Onu Almaniyaya ekstradisiya etmək istəyirlər, lakin Monqolustan hökuməti Hursu azad etməyə çalışır. Bu məsələyə dair məhkəmə prosesi noyabrın 15-də başlayacaq.

Hurs Fransada siyasi sığınacaq istəmiş monqol Damiran Ehbatı oğurlayaraq Belçika və Almaniya ərazisindən keçirib Monqolustana çatdırıb. Orada Ehbat işgəncələrə məruz qalıb. Ehbat monqolustanlı nazirin qətlində şübhəli bilinir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR