Bank Of Baku

Böyük Britaniya iqtisadiyyatının 7,2 %-i internetin payına düşür

Böyük Britaniya iqtisadiyyatının 7,2 %-i internetin payına düşür
# 06 noyabr 2010 09:43 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA. İnternet sənayesi Böyük Britaniya iqtisadiyyatına ildə 100 milyard funt sterlinq (150 milyard dollar) gəlir gətirir ki, bu da Ümumi Daxili Məhsulun 7,2%-ni təşkil edir. APA-nın xəbərinə görə, bu, Boston Consulting Group (BCG) konsaltinq şirkətinin araşdırmaları nəticəsində məlum olub.

Britaniyada İnternetdən gələn gəlirlər iqtisadiyyatın ənənəvi sahələri – tikinti, nəqliyyat və xidmət sahələrinin gəlirlərini üstələyib. Bundan başqa, internet sahəsi gəlirlərinin həcminə görə maliyyə sektoruna yaxınlaşıb. (İndi maliyyə sektoru ölkə iqtisadiyyatının 9%-ni təşkil edir.)

Tədqiqatçılar bildirir ki, hökumət internetin imkanlarından tam həcmdə istifadə etsə, bu sahə ölkə iqtisadiyyatının beşdə birini təşkil edəcək.

Hazırda Britaniya internet ticarətinin inkişafına görə lider ölkələrdən sayılır. Statistikaya görə, britaniyalıların 62%-i mal və xidmətləri internet vasitəsilə almağa üstünlük verirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR