Bank Of Baku

Fransa Konstitusiya şurası pensiya islahatı layihəsini dəstəkləyib

Fransa Konstitusiya şurası pensiya islahatı layihəsini dəstəkləyib
# 09 noyabr 2010 17:58 (UTC +04:00)
Bakı-APA. Bu gün Fransa Konstitusiya şurası ölkədə böyük hay-küyə səbəb olmuş pensiya islahatı barədə müsbət rəy verib.

APA-nın məlumatına görə, Konstitusiya şurası islahatın vətəndaşların bərabərliyi prinsipinə zidd olduğunu bildirən Sosialist partiyasının iddiasına baxıb. Şura islahatın Fransa qanunlarına zidd olmadığını bildirib. Şuranın qərarı qətidir və ondan şikayət verilə bilməz.

İndi parlamentin hər 2 palatasının qəbul etdiyi qanun layihəsi imzalanmaq üçün prezident Nikolya Sarkoziyə göndərilə bilər.

Layihəyə görə ölkədə pensiya yaş həddi 60-dan 62-yə qaldırılacaq, Ötən şənbə bütün ölkə boyu islahata qarşı yeni nümayişlər keçirilib. Payız başlanandan bu artıq səkkizinci nümayiş günü olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR