Bank Of Baku

Avrokomissiya Türkiyənin Avropa Birliyinə doğru irəliləmədiyini bildirib

Avrokomissiya Türkiyənin Avropa Birliyinə doğru irəliləmədiyini bildirib
# 10 noyabr 2010 02:57 (UTC +04:00)
Bakı-APA. 2009-cu ilin dekabrında Lissabon sazişi qüvvəyə mindikdən ilk dəfə olaraq Avrokomissiyanın Avropa Birliyinin genişlənməsinə dair hesabatı dərc olunub.

Hesabatı təqdim edən Avropa Birliyinin genişlənməsi üzrə avrokomissarı Ştefan Yüle «genişlənmə hamımızın marağına uyğun gəlir», deyə bəyan edib.

«Oyun qaydaları dəyişməz qalır», deyə o bildirib.

Fülenin sözlərinə görə, Xorvatiya Birliyə qəbul olunma üzrə danışıqların sonuncu mərhələsinə qədəm qoyub. Avrokomissiya İslandiya ilə danışıqlar prosesi barədə optimist ruhdadır. Digər namizəd Türkiyənin isə Brüsselin tələblərini necə yerinə yetirməyi Birliyin icraedici hakimiyyətini qane etmir.

Füle həmçinin Serbiyanın namizəd statusu almaq üçün verdiyi ərizəyə baxıldığını bildirib.

Avrokomissiya Makedoniya ilə danışıqlar prosesinə başlamaq tərəfdarı kimi çıxış edib, həmçinin Bosniya-Herseqovina və Kosovo üçün Avropa Birliyi perspektiv olduğunu təsdiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR