Bank Of Baku

Londonda baş verən iğtişaşlarda 8 nəfər xəsarət alıb

Londonda baş verən iğtişaşlarda 8 nəfər xəsarət alıb
# 10 noyabr 2010 22:31 (UTC +04:00)
Bakı-APA. Londonda tələbələrin etiraz aksiyası zamanı baş verən iğtişaşlarda 8 nəfər xəsarət alıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, xəsarət alanların üçü polis əməkdaşı, digərləri etiraz iştirakçılardır. Bir neçə aksiya iştirakçısı həbs edilib.
Xatırladaq ki, Londonda 30 minə yaxın tələbə və müəllimlər universitetlərdə təhsil haqqının artırılması ilə bağlı hökumətin planlarına cavab olaraq etiraz yürüşü keçirib.
Britaniya hökuməti ali məktəblərində təhsil haqqını təxminən 3 dəfə artırılaraq ildə 14 min dollara çatdırmağı planlaşdırır.
Nümayişçilər Mühafizəkar partiyasının mərkəzi qərargahına daxil olublar, girişdə olan plakatları yandırıblar, pəncərələri sındırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR