Bank Of Baku

Britaniyanın üç keçmiş deputatı tutula bilər

Britaniyanın üç keçmiş deputatı tutula bilər
# 10 noyabr 2010 23:15 (UTC +04:00)
Bakı-APA. Britaniyanın Ali Məhkəməsi araşdırmalar nəticəsində belə qənaətə gəlib ki, Britaniya Parlamentinin keçmiş 3 üzvünə qarşı cinayət işi qaldırılmalıdır.
APA-nın bbc.com saytına isitnadən verdiyi xəbərə görə, jnlar xərclərlə bağlı fırıldaqçılıqda ittiham edilirlər.
Leyborist partiyasının keçmiş üç üzvü Devid Çeytor (David Chaytor), Eliot Morli (Elliot Morley) və Cim Devinin (Jim Devine) günahı sübut olunsa onları 7 ilə qədər həbs cəzası gzöləyir.
Onların bu məsələyə məhkəmə deyil, yalnız parlamentin baxmağa səlahiyyətli olduğu barədə iddiasını Britaniyanın Ali Məhkəməsi rədd edib.
Parlament və hökümət üzvlərinin xərclər təzminatı ilə bağlı qalmaqallar ötən il Britaniya siyasətində və mətbuatda əsas yer tuturdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR