Bank Of Baku

Türkiyənin dini işlər idarəsinin rəhbəri vəzifədən çıxarılıb

Türkiyənin dini işlər idarəsinin rəhbəri vəzifədən çıxarılıb
# 11 noyabr 2010 07:13 (UTC +04:00)
Bakı – APA. Türkiyənin dini işlər idarəsinin (Diyanet İşleri Başkanlığı) sədri, professor Əli Bardakoğlu bu vəzifədən çıxarılıb. APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, 2003-cü il mayın 28-də bu vəzifəyə təyin edilən Ə. Bardakoğlu hökumətin 10 noyabr 2010-cu il tarixli qərarı ilə tutduğu postdan uzaqlaşdırılıb. Dövlət naziri Faruk Çelik dini idarənin fəaliyyətinə dair yeni qanunun qüvvəyə mindiyini, bu qanuna əsasən idarənin strukturunda ciddi dəyişiklik ediləcəyini, sədrin də bu səbəblə dəyişdirildiyini açıqlayıb. Ə. Bardakoğlunun yerinə onun müavini, professor Mehmet Görməz dini idarəyə rəhbər təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR