Bank Of Baku

Nikolya Sarkozi Fransanın yeni hökumətinin tərkibini elan edəcək

Nikolya Sarkozi Fransanın yeni hökumətinin tərkibini elan edəcək
# 14 noyabr 2010 00:56 (UTC +04:00)
Bakı-APA. Fransa prezidenti Nikolya Sarkozi şənbə günü baş nazir Fransua Fiyonun başçılıq etdiyi hökumətin istefasını qəbul edib. APA-nın məlumatına görə, yaxın vaxtlarda Nikolya Sarkozi hökumətin yeni tərkibini elan etməlidir.

Siyasi şərhçilərin fikrincə, Fiyon yeni tərkibdə də baş nazir kreslosunu qoruya biləcək. Onun əsas rəqibi indiyədək dövlət naziri vəzifəsini tutmuş Jan-Lui Borloodur.

Şənbə günü Yelisey sarayında Nikolya Sarkozi və Fransua Fiyon arasında görüş keçirilib. Fransa prezidenti yeni hökumətin tərkibini artıq bu gün elan edə bilər.

Fransada hökumət dəyişikliyi olacağını Sarkozi hələ 5 ay əvvəl elan etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR