Bank Of Baku

Fransanın yeni hökumətinin tərkibi açıqlanıb

Fransanın yeni hökumətinin tərkibi açıqlanıb
# 15 noyabr 2010 07:37 (UTC +04:00)
Bakı-APA. Fransa prezidentinin dəftərxanasının rəhbəri Klod Qean yeni hökumətin tərkibini açıqlayıb. APA-nın məlumatına görə, yeni hökumətdə xarici işlər və müdafiə nazirləri dəyişdirilib. Bernar Kuşnerin əvəzinə xarici siyasət idarəsinə sabiq ədliyyə naziri Mişel Alyo-Mari rəhbərlik edəcək. Sabiq baş nazir Alen Jüppe isə ölkənin müdafiə naziri təyin olunub. Ədliyyə naziri postuna Fransa prezidenti Nikola Sarkozinin parlament koalisiyasındakı tərəfdaşı Mişel Mersye təyinat alıb. Qalmaqala səbəb olan pensiya qanunvericiliyinin müəllifi əmək naziri Erik Vert vəzifəsilə vidalaşıb. Hökumətin strukturunda edilən dəyişikliklərlə əlaqədar nazir kürsülərinin sayı 37-dən 31-ə düşüb. Yeni hökumətdə Daxili İşlər Nazirliyinin səlahiyyətləri genişləndirilib, Miqrasiya İşləri Üzrə Nazirlik bu struktura birləşdirilib. Maliyyə Nazirliyi və Sənaye Nazirliyinin funksiyalarını isə bundan sonra İqtisadiyyat Nazirliyi icra edəcək. Xatırladaq ki, dünən Nikola Sarkozi yeni hökumətə yenə də Fransua Fiyonun rəhbərlik edəcəyini açıqlayıb. O bu postda 2007-ci ildən çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR