Bank Of Baku

Bolqarıstan Rusiyanın ümid etdiyi neft kəmərini tikməkdən imtina edir

Bolqarıstan Rusiyanın ümid etdiyi neft kəmərini tikməkdən imtina edir
# 15 noyabr 2010 10:56 (UTC +04:00)
«APA-Economics»in «Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Bolqarıstanın baş naziri Boyko Borisov yerli mətbuata müsahibəsində bildirib. Bu layihənin ümumiyyətlə dayandırılacağı barədə suala baş nazir müsbət cavab verib.

Qeyd edək ki, Burqas-Aleksandrupolis kəmərinin tikintisi barədə müqavilə Rusiya və Bolqarıstan arasında 2008-ci ilin əvvəlində bağlanıb. Bolqarıstanın sabiq hökuməti bəyan etmişdi ki, uzunluğu 282 km olan, tikintisi 1 milyard dollara başa gələcək bu kəmər Bolqarıstan üçün strateji əhəmiyyət daşıyır və ölkədə Avropa üçün vacib enerji qovşağı yaratmağa imkan verəcək. Amma Bolqarıstanın indiki hökuməti layihənin iqtisadi cəhətdən səmərəli olacağına inanmır – çünki kəmərlə yalnız Rusiya nefti daşınacaq.

Xatırladaq ki, Bolqarıstanın baş naziri ətraf mühit üçün təhlükəli olması və iqtisadi səmərəsinin qeyri-müəyyənliyi ilə əlaqədar bu layihənin vacibliyini əvvəllər də şübhə altına qoyub. İyun ayında isə o, Bolqarıstanın Qara dəniz sahillərinə və turizm sənayesinə təhlükə yaratdığı üçün ölkəsinin bu layihədən ümumiyyətlə imtina edəcəyini bildirib. Rusiya tərəfinin çoxsaylı cəhdlərinə baxmayaraq indi məlum olur ki, Bolqarıstan tərəfini kəmərin vacibliyinə inandırmaq mümkün olmayıb. Maraqlıdır ki, cəmi 2 gün əvvəl, noyabrın 13-də Rusiyanın baş naziri Vladimir Putinin Bolqarıstana səfəri zamanı Bolqarıstan hökumətinin başçısı layihənin ləğv olunacağını açıqlamayıb, əvəzində onun ekoloji baxımdan yenidən işlənəcəyini bildirib. Kəmərlə bağlı əsl planlarını isə Bolqarıstan rəhbəri Rusiya baş naziri ölkəni tərk edəndən sonra açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR