Bank Of Baku

NATO baş katibi: Kursunu dəyişməsinə baxmayaraq, Ukraynanı alyansda gözləyəcəklər

NATO baş katibi: Kursunu dəyişməsinə baxmayaraq, Ukraynanı alyansda gözləyəcəklər
# 15 noyabr 2010 17:59 (UTC +04:00)
Bakı-APA. Yeni prezident Viktor Yanukoviçin hakimiyyətə gəlməsi ilə Ukraynanın NATO-ya daxil olmaya dair kursunun dəyişməsi alyansın noyabrın 19-20-də Lissabonda keçiriləcək sammitinin kommünikesində öz əksini tapa bilər. APA-nın məlumatına görə, NATO baş katibi Anders Foq Rasmussen belə bir bəyanatla çıxış edib.

Rasmussen NATO-nun Buxarest qərarını xatırladıb. Qərara görə, Ukrayna və Gürcüstan müvafiq meyarlara nail olduqdan sonra bu təşkilatın üzvü ola bilərlər.

«Fakt ondadır ki, iki ölkənin NATO-ya üzvlüyə can atması, siyasi orientasiyasında bəzi nüanslar var. Bu sammitin kommünikesində öz əksini tapa bilər. Lakin prinsip etibarilə Buxarest sammitinin qərarı qüvvəsində qalır», deyə Rasmussen bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR